Dəyişkən havalarda qarderob!

Havaların keçid dövrünə uyğun üst geyim seçimi

Həyatımızdakı bütün keçidlər bizə çətinliklər yaşadıb və bir neçə fikir arasında qalmağımıza səbəb olub. Çünki keçidin tam olaraq hansı tərəfdən olduğu məlum olmaz. Eynilə indiki havalar kimi. Mən bunu havaların keçid dövrü adlandıraraq qarderobumu da buna uyğun müəyyən edirəm. Belə məqamlarda insan nə alacağına, pulunun və zamanının boşa getməməsi üçün doğru yatırım etməyə xüsusi önəm göstərməlidir. Beləliklə ,belə dəyişkən havalarda qarderobunuza neytral rəngli lakin ,nazik materialda olmayan bir üst geyimi seçin.Bu, sizə günəşli payız havasında əyninizdə qalın olmayan bir geyimin olması illuziyasını yaradacaq.Eynilə hava birdən soyuduqda  isə üşüməyəcəksiz.Belə bir üst geyiminin uzunluğu çalışın çox uzun olmasın .Gödəkçə uzunluğu daha yaxşı olar.Bir az isti havalarda altdan nazik və incə material geyinərək ,soyuq havada isə daha qalın material seçərək bu dəyişkən havanın ritmini tuta bilərsiz.Ayaqqabı və çanta seçimində də eynilə ,həm havanı ,həm zövqünüzü ,həm də məkanı nəzərə alıb seçə bilərsiz.Belə yüngül ,açıq tonlu üstlüyün yaxşı tərəfi odur ki ,ayaqqabı seçimində burnu açıq ,və ya ipli ayaqqabılar da (hətta corabla maraqlı stil yaratmaq olar)geyinə bilərsiz.