Fərqli görün!

Küçə dəbini sevirəm, çünki biri birindən fərqli geyimləri gördükdə mən də öz qarderobuma bəyəndiyim geyimləri əlavə edirəm, yaxud həmişə geyindiyim geyimləri fərqli formada geyinməyə çalışıram. Küçə dəbində marağımı çəkən geyimlərdən biri tül (tutu adlanan balerin ətəklər ) ətəklərdir. Əvvəllər heç sevmədiyim, lakin indi yerinə uyğun fərqli və seçilmək üçün sevərək istifadə etdiyim geyimlərdəndir. İstər qısa, istərsəniz də uzun formalarından istifadə edə bilərsiniz. Bütün yazılarımda həmişə rəngarəng geyinməyi ön planda tutduğum üçün bu ətəklərdə də ən sevdiyim rənglərin çox olmasıdır. Siz əgər istədiyiniz uzunluqda və ya rəngdə tül ətək tapmaqda çətinlik çəkirsinizsə çox asanlıqla öz ölçünüzə uyğun tikdirə bilərsiniz.Bəs necə geyinə bilərik ki, həm fərqli,həm səliqəli, həm də gözəl görünək? Əsas odur ki,elə geyinin ki, sizə baxanda artıq gözə heç nə batmasın və ən əsas da rəng ahəngi düzgün olmalıdır. Əgər siz hündür daban ayaqqabı geyinməyi sevirsinizsə ,onda çalışın üzərinizə geyindiyiniz sadə olsun. Tül ətəklərin ən sevdiyim cəhəti isə  toxunma koftalar ilə kombin etməkdir. Əsasda açıq boz rəngdə tül ətəkləri toxunma koftalar ilə geyinmək maraqlı görsənir. Bundan başqa idman ayaqqabıları və T-shirt ilə kombin edə bilərsiniz və bu zaman spor görünüş yaradacaqsınız. Amma ,bu o demək deyil ki, biz bu ətəkləri ancaq hündür daban və idman ayaqqabıları ilə geyinə bilərik. Siz həm də babetlər,qısa çəkmələr, botford və mokasin ilə də geyinə bilərsiniz.

Tül ətəkləri bir də  uzun pencəklər ilə kombin etməyi sevirəm. Uzun pencək geyinib, belinizə isə kəmər istifadə etsəniz tül ətək yuxarıdan yığılaraq ancaq aşağı hissədən qabarıq duracaqdır.

Ümümiyyətlə, əgər siz həmişə seçilmək istəyirsinizsə  yenilik etməkdən  çəkinməyin və həmişə geyimlərinizə nəsə fərqlilik qatın.

Müəllif : Nərmin Həmidli