Vual nədir ?

Son zamanlar isti yun papaqlara bir xüsusi şıklıq verən -Vual… Bu papaqlar sözsüz vualın müasir formaya keçididir.Əslində isə Vual çox qədimdə 2 məqsədlə istifadə edilirdi.

1) qadın yoldaşı vəfat etidiyində 2)əgər qadın vual taxırdısa demək ona bənd olmağa dəyməz artıq kiminsə yarıdır.

Vual fransız sözüdür -Voile -örtülü (örtən ) mənasını daşıyır.Vual üzünün yarısını örtən qadın papaq aksesuar növüdür.Əsasən dantel və ya tor işləmədən yaradılır.Lakin o çox dəyişikliyə uğramış ,hətta sadə obodokların üzərində belə indi vual görmək olar.Gəlinlər də son zamanlar  ağ vuallardan istifadə edirlər.Dediyimiz kimi küçə dəbində  də ikonların əynində daha çox maraqlı formada görmək mümkündür.