Qış Qarderobunda “Olmazsa Olmaz”

Qış Qarderobunda “Olmazsa Olmaz”

Uzunboğaz bluz-vodolazka

Zövqlər mübahisə və müqayisə edilməz dedikdə ağlıma ilk olaraq bir çox xanımın seçimləri arasında olmayan, lakin mənim uşaqlıqdan bəri əl çəkə bilmədiyim sevimli vodolazkalarım gəlirdi. Özümə çox yaraşdırdığım və içində özümü rahat və komfortlu hiss etdiyim sadə vodolazkaların trend olub olmadığı ilə maraqlanmadan məktəbli formam, ipli sarafanlar, yaxın dövrdə isə midi ətəklər və hündürbel şalvarlarla kombin edirdim. Son illər isə özünü müxtəlif formada göstərdi və bir çoxlarının qarderobunda öz yerini tapdı. Xüsusilə yarımqol və qolsuz olanları gecələrdə belə qlamur-şık obraz yaratmağa qadirdir. Bu sezon oversize uzunboğaz toxunmalar və enli qollu toxunmalar tez tez qarşımıza çıxır.  Məlum olduğu kimi bu dəfə must have olaraq sadə və nazik vodolazkanı seçib onu müxtəlif tərzlərdə şərh edəcəyik. Tam havalara uyğun olan belə geyimlərə siz də müraciət edin