Soyuq qışda dəbli qorun!

Kürklər bu sezon da trend olmağı bacardı.

Kürk lyuksun adıdır. 1930-cu illərdən bəri öz yerini qoruyan bu üst geyimi sadə olduğu qədər şık və cəlbedici olduğu qədər sofistikdir.

Qaradərili tayfalardan tutmuş qütblərə qədər bir çox tayfalarda istifadə edilən kürklər status simvoludur. Düşüncələrə görə hər hansı biri kürk geyinə bilməzdi. Bu düşüncələr elə uzun illər aktuallığını saxladı. Indiki dövrdə vaxtıykən yalnız Hollywood ulduzlarının və müəyyən təbəqənin istifadə edtiyi kürk gündəlik dəbin də bir hissəsidir.

1970-ci illərdə heyvan qətli haqqındakı münaqişələr, aksiyalar təbii xəzi geri plana alaraq, süni dərini ön plana çıxardı. Bu səs-küyün sakitləşməsi ilə yenidən kürklərinə qayıdan həvəskarlar, son vaxtlarda bir çox məşhurun da dəstək olduğu kürkdən imtina aksiyalarına görə nisbətən imtina edirlər. Hətta Avropanın müxtəlif yerlərində kürk geyinən insanlara qarşı fərqli fikirlər və xoşagəlməz hərəkətlərin sərgiləndiyini də eşitdik.

2015-2016 kolleksiyalarında xəz detallarından geniş istifadə olunmuş, nəinki geyim həm də aksesuarlarda da xəzlərə xüsusi yer verilmişdir.

Azərbaycanda isə istər təbii, istər süni xəz həvəskarları olduqca çoxdur.

Xəz trendi 2015 payız-qış sezonuna sürətli bir şəkildə daxil oldu.  Paltolarda, gödəkçələrdə və boyunluqlarda qarşımıza çıxan xəzlər, çanta və papaqlarda da yer alıb. 2015 küçə dəbi kürklərin ən çox göründüyü illərdən oldu deyə bilərik. Xüsusilə kürk jiletlər boyfriend köynəklər və toxunmalar ilə kombinlənərək trend olmağı bacardı. Hər zaman gördüyümüz bej və qəhvəyi tonlarından əlavə bu il rəngli xəzlər də vitrinlərdə yer alıb.

Kollekssiyalara diqqət etsək bomber gödəkçədən blazer dərilərə qədər hər bir üst geyiminin yaxasında xəzə rast gəlmək mümkündür. Yəni bu sezon şərt olan kürkə sahib olmağınız deyil, boyunluğunda xəz detallı üst geyimlərinə nəzər salmağınızdır.

Xəzlərə yalnız üst geyimində deyil bluzlarda da rast gəlindi və beləliklə soyuq qışdan dəbli qorunmaq vasitəsi tapıldı.

Bu il etol adlanan balaca kürk hissələrində plaş və ya digər üst geyimlərinin üstündə istifadə edilməsi bizə 1950-ci illərdə ulduzların gecələrə qatıldığı tərzi xatırlatdı. Belə kürk parçaları bu sezon standart çərçivədən kənarlaşaraq qeyri-adi rənglərlə qarşımıza çıxdı.

Əksər xanımlar kürk zərafətindən və cəlbediciliyindən xəbərdar olduqları üçün kürk həvəskarıdır. Artıq elə bir dövrdəyik ki, hər bir insan kürk sahibi ola bilər, çünki hal-hazırda süni xəz təbii xəzdən daha aktualdır. Bu sezon siz də qarderobunuza bir kürk hədiyyə edin.

Müəllif :Günay Yunuszadə