Uzunboğaz bluzları necə geyinək?

Mağazada seçdiyimiz bir parça haqqında satış məsləhətçiləridən “bu bluz hər bir şeylə yaraşacaq” və ya “hər cür istifadə edə bilərsiniz” sözlərini eşidirsiniz. Hətta gündəlik bir dona baxarkən toy üçün geyim axtarıram deyə bildirsəniz o donun məhz toya uyğun olduğuna sizi inandırmağa çalışacaqlar. Bu onların işidir və inandıra bilirsə, deməli o işinin bilicisidir. Bu dəfə isə istər gecə, istər gündüz, səhər idman edərkən, kokteylə gedərkən və daha sadalamadığım bir çox yerlərdə istifadə edə biləcəyiniz uzunboğazlı bluzlar haqqında danışacaq və müxtəlif kombinlər təqdim edəcəyik.

Bu sezon uzun boğazları müxtəlif formalarda gördük və küçə dəbi kombinlərinin əsasını təşkil etdi deyə bilərik. Payızın əvvəli qısa qol, yayda crop top və indi isə normal və bizlərə məlum olan formada qarşımızdadır.

Məqalənin məqsədi bir gün ərzində bir neçə yerə qatılmağa məcbur olan və geyimini dəyişmək imkanı olmayanlara məsləhətlər və yeni ideyalar verməkdir.

Şəxsən mənim üçün uzun boğazlı toxunmalar və koftalar can rahatlığıdır. Qara rəng olanını geydikdən sonra bugün sport və ya şık görünmək istədiyimə qərar verirəm. Hər kəsin müraciət etməsi lazım olan bu geyimi göstərişli bir aksesuarla dəyişmək 1 dəqiqənizi alacaq.

Əziyyətsiz şıklıq deyilən bir anlayış var ki, nəzər yetirdikdə çox asan kombin olunduğu görünsə də, ümumi görüntü fərqli və cəlbedicidir. Məhz elə kombinlərin əsası qara uzunboğazlı bluzlardır. Bir şalvar və sadə aksesuarla ətrafınızdakılardan müsbət rəy alacaqsınız.

Vodolazka ilə klassik şık olmaq üçün sizdən tələb olunan iri bir boyunbağı və ya qolbaq deyil. Mini ətək və işıltılı çantanız ilə həm modern olacaq, həm də minimalist olaraq seçilməyinizi vurğulayacaqsınız.Siz vodolazkanı köynək əvəzi geyinə bilərsiz .Yəni bir pencəklə ofis stili yaradın .Qara ,Bej və Boz rəngli vodolazkalar ciddi obraz yaradır.Sport stilini yəqin ki ,çoxlarının sevimlisi və qarderobunda heç olmasa 1 ədəd olan dəri gödəkçə ilə yarada bilərsiz.Gedəcəyiniz məkan şık və klassika tələb edirsə ,o zaman neytral tonlu bir palto ilə geyinin.Maraqlı və əyləncəli obraz yaratmaq üçün siz rəngarəng köynəklərin üzərindən geyinə bilərsiz.Boğazınız bağlı olsa da ,qollar və köynəyin ətəyi görsənəcək.Digər bir forma isə vodolazkanın üzərindən geyinilən donlardır.Son zamanlar trend olan kombinezon tipli donlar (xüsusiən zamşa ,velvet ,dəri )və ya isti havalarda geyindiyiniz qısa qol donları geyinə bilərsiz.

Müəllif : Günay Yunuszadə