Qarderobda iddialı …

Qarderobda iddialı …

Havalara uyğun olaraq qarderobumuz dəyişib yeni parçalar əlavə olunsa da orada dəyişməyən bəzi detallar da vardır. 10 il əvvələ aid olsa da aktuallığını qoruyub saxlayan sviterlər kimi. Printləri və kəsimi nəzərə almasaq mağazalarda standart sviterlərə rast gəlirik ki, bu da yenilik axtarışında olan xanımlar üçün müsbət hal deyil. Bu sezonun trendi isə ipli yaxalı sviterlərdir. Bu sviterlər sinə dekoltesini sevən və onun sviterlə ahəngini yaratmaq istəyən xanımların seçimi olmalıdır. Midi ətəklərdən skinny cinslərə qədər bir geyim ilə kombin edilə bilən bu sviterlər həm də qadınsı obrazınızı vurğulayacaq.

Müəllif: Günay Yunuszadə