Ağ köynəyi ofis şablonundan çıxart!

Hamımızın qarderobunda yəqin ki, bir ağ rəngdə köynək var . Normalda biz xanımlar bu cür ciddi görünən köynəkləri iş geyimləri ilə geyinirik, lakin zaman keçdikcə hər şey dəyişdiyi kimi bu köynəklərin də müxtəlif formaları yaranmağa başladı və artıq tək iş geyimləri ilə yox gündəlik bütün müxtəlif formalı geyimlər ilə də geyinilir. Əsas odu nəyi necə geyinməyi biləsiniz. Mağazalara girdikdə biri-birindən fərqli uzunluqda , fərqli modellərdə, və əsasda fərqli rənglərdə köynəklər var. Bəs bunları biz necə geyinə bilərik və nələr ilə geyinə bilərik? Rəsmi görüşlərə gedəndə, ya da rəsmi bir işdə işlədiyinizdə mütləq şəkildə ağ köynək geyinməlisiniz, lakin ciddi görünüş yaradan bu  köynəklər sizin maraqsız iş iclaslarınız qədər maraqsIz görünüşə sahib deyillər. Əgər işdən çıxıb və əyləncəli bir yerə getmək istəyirsiniz , lakin evə gəlib geyiminizi dəyişməyə vaxtınız yoxdursa özünüz ilə fərqli aksesuarlar götürərək  və geyiminizi həmin aksesuarlar ilə rəngləndirə bilərsiniz. İnanın kiçik toxunuşlar ilə çox böyük dəyişiklik edə bilərsiniz.

Bundan başqa qalın sviterlərin altından geyinərək boyun hissəsini və qollarını çıxarda bilərsiniz. Ya da geniş yaxalı iri toxuma koftaların altından geyinmək mümkündür. Əgər sviteriniz rənglidirsə yaxşı olar ki, həmin rəngə uyğun rəngli ya da müxtəlif naxışlı köynək geyinəsiz, onda daha maraqlı görünərsiniz.

Sizi bir ip ucu daha :bəzən elə sviterlər olur ki ,onların altından  köynək geyinmək istəyirsiniz , lakin heç rahat olmur və yaxşı görsənmir bu zaman əgər evinizdə köhnə  bir köynəyiniz varsa onun qol və yaxalıq hissəsini kəsib ancaq o hissələrini istifadə edərək sviterin altından köynək geyinmək efektini yarada bilərsiniz.

Son zaman tunik köynəklər də olduqca dəbdədir. Bu köynəklərin də üzərinə uzun toxunma tunik geyinə bilərsiniz.  Əgər isti sevmirsinizsə uzun jilet ,bu il daha çox dəbdə olan qolsuz palto və kürk geyinə bilərsiniz.

Daha maraqlı dizayn olunmuş köynəklərə  küçə dəbində rast gəlmək mümkündür. Daha çox diqqətimi çəkən mənim “Dörd qol ” adlandırdığım köynəklərdir. Dörd qol deməyim sizi qorxutmasın onun aşağıda yerləşən iki qolu dizayn məqsədlidir. Onları istədiyiniz formada bağlayıb köynəyə maraq qata bilərsiniz.

Müəllif : Nərmin Həmidli