Stil ikonu Tamuna…

Təxminən üç il bundan əvvəl təsadüf nəticəsində bir xanımın şəkli qarşıma çıxdı. Xanımın geyim tərzi mənim çox xoşuma gəlmişdi. Üzərində qarışıq heç bir şey yox idi sadə geyimli idi , lakin geyimdəki rəng uyğumu və xanımın incəliyi məni onu axtarmağa ,daha çox haqqında məlumat öyrənməyə vədar etdi. Axtarışlar nəticəsində xanımın gürcü olduğunu öyrəndim və o gündən bəri gürcü dizaynerlərinə və gürcü xanımlarına qarşı marağım yaranmağa başladı.

Həmin bu xanım Tamuna Tsiklauridir. Xırda, uzun boylu olmayan xanımdı, lakin geyimlərini düzgün seçərək visual olaraq özünü uzun göstərməyi bacarır və xanıma diqqət yetirsəniz bədənində olan qüsurları gizlədərək diqqəti yayındırmağı da bacarır.

İlk öncə gündəlik geyimlərinə diqqət yetirək. Əsasən mom və boyfriend cinslərdən, enli maskulin şalvarlardan istifadə edir. Rahatlıq ilk plandadır, amma rahat geyinməklə yanaşı zövqlü və cəlbedici geyinir.  Rahatlığa önəm verdiyi üçün ayaqqabı seçimində makasin, idman ayaqqabıları və oxford tipli ayaqqabılar daha çox  görmək mümkündür. Bu il enli toxunma sviterlər, boyfriend paltolar dəbdə olduğunu bilirsiniz , lakin bu xanımın qarderobunda bu geyimlər çoxdan öz yerini tapıb.

Tanıdığım gündən bəri onu maraqlı boyfriend  palto və sviterlərdə görürəm. Sevimli çantası Hermesdir. İstər spor ,istər klassik ,istər gündəlik, istərsə də ziyafət geyimləri ilə Hermes çantalarından istifadə edir.  Aksesuardan çox az istifadə edir, amma qolbaq və saat növbəli olaraq görmək mümkündür. Rəngləri sevirəm və bu xanımda da diqqətimi çəkən heç bir rəngin xətrinə dəyməməsidir . Ətək boyu həmişə midi olur və kiçik boylu olmasına baxmayaraq ,bu cür ətəkləri rahatlıqla geyinə bilir. Retro geyimlərə olan sevgisi qaçınılmazdı, seçdiyi geyimlərdə də bunlar özünü göstərir.

Ziyafət geyimlərində daha çox uzun geyimlər geyinir. Rəng seçimində isə bir rəng istifadə edir. Daha çox ağ və qırmızının tonlarında görə bilərsiz . Çanta isə kiçik ölçülü çantalar götürür.  Makiyaj olduqca sadə, saçları isə çox vaxt açıq və dalğalı olur. Bu xanıma qısa saç modeli fikrimcə çox yaraşır.

 

Müəllif : Nərmin Həmidli