Olsen bacıları stili…

Bu il payız-qış geyimlərində  boho stilini çox görürük və boho stili deyərkən Olsen bacılarından yan  keçə bilməzdim. Boho stilini ən yaxşı şəkildə geyimlərində nümayiş etdirən bu bacılar ,həm də minyon  yəni,xırda və kiçik boylu olduqlarına baxmayaraq geyindikləri fərqli geyimləri öz üzərlərində ən yaxşı formada göstərə bilən stil ikonlarıdır. Özlərinə məxsus geyim tərzləri var və qəbul etmək lazımdır ki, geyimləri çox qəribədir, amma bu fərqli geyimlər ilə öz boylarını gizlədə bilirlər və qısa boylu xanım obrazından uzaq görsənirlər. Rəng seçimində ən çox qara rəngə üstünlük verirlər. Əkiz olmaqlarına baxmayaraq, fərqli geyinir çox az hallarda eyni geyinirlər. Mary-Kate bohem  tərzində böyük güllü donlar, iri aksesuarlar ,lakin Ashley isə minimalist geyimə üstünlük verir. Hamı kimi bu bacılar üçün də rahatlıq ön plandadır. Tökülən  və boş paltolar,uzun naxışlı donlar,xəz gödəkcələr,ən əsası da birkenstocklar qarderoblarında ən ön plandadır. Kiçik boylu olmaqlarına baxmayaraq iri ölçülü çantalardan istifadə edirlər. Saçlar demək olar ki, həmişə eyni formada  açıq ,az dalğalı olur. Dəvətlərə isə gedərkən daha maraqlı obrazlar nümayiş etdirirlər-daha rəngli geyimlər geyinirlər. Ayaqqabı seçimində isə Manolo Blahnik modelinə üstünlük verirlər.

Müəllif : Nərmin Həmidli