İkon çanta …Chloe Drew

Əgər bir geyim və ya aksesuar illərcə dəbdən düşmürsə, yerindən asılı olmayaraq istifadə olunursa və ildən ilə daha fərqli şəkildə insanlara təqdim olunursa bu ‘‘ikon’’laşmış adlanır və bu dizaynerin uğurlu işinin nəticəsidir. İkonlaşmış və son illərdə bütün dəb həftələrində stilistlərin, dəb yazarlarının, bloggerlərin vaz geçilməzi olan çanta Chloe’nin Drew çantasıdır. Həm praktik, həm də hər bir geyim ilə rahatlıqla kombin edilir. Əgər bir Chloe Drew çantanız varsa, siz onu istəsəniz gecə geyimi ilə istərsəniz də gündüz spor geyim ilə uyğunlaşdıra bilərsiniz. Chloe günü-gündən rəng seçimlərini çoxaldır və bu çantalara fərqlilik qatır. Əgər siz dəri sevmirsinizsə bu çantaların zamşa modelini seçə bilərsiniz.

Bundan başqa siz istərsəniz demokratik brendlərdən bu çantanın oxşarını münasib qiymətə əldə edə bilərsiniz.

Müəllif : Nərmin Həmidli