Dandy Look nədir ?

Həmişə klassik kişi geyimləri mənim üçün maraqlı olub və qadınların bu cür geyimlərə öz imzalarını ataraq geyinmələrini, öz qarderoblarında yer verməklərini çox xoşlamışam. Bu gün isə  sizə maraqlı bir stildən danışacam :Dandy stili .Bəs Dandy-look nədir?

Dandy 17-18-ci əsrlərdə yaranmış İngiltərədə ən üst cəmiyyətin kişilərinin geyindiyi geyim stili olub və hal hazırda günümüzdə də mövcuddur. Bəs biz qadınların qarderobunda bu stil özünü necə göstərir ?

Kişi geyimi ilə qadın geyiminin birlikdə oynadıqları oyundur bu stil. Dandy stili  kətan pencək, şort, çiçək və xətt printli köynəklər, incə dəri kəmərlər, loafer ayaqqabılar, bol geyimlər, rəngli papiyonlardan (kəpənək qalstuq) qadın geyimləri ilə sintezi nəticəsində yaranır. Məsələn: Cazibədar bir kişi köynəyinin altından geyinilən güpurlu buzqalter, şalvarın altından geyinilən hündür daban ayaqqabı, ya da enli bir kişi pencəyi ilə geyilən qələm ətək. Bu stili iş geyimlərinizdə də istifadə edərək həm cazibədar, həm də eleqant görünüş əldə edə bilərsiniz.