Kök xanımlar üçün qarderobun 10 elementi!

Kök xanımlar üçün qarderobun 10 elementi!

Qarderobda bütün bədən ölçüləri üçün eyni bir qayda hökm sürür. Qarderobun bazası əgər doğru qurularsa ,davamlı olaraq yeni geyim elementləri əlavə etməklə ,daim obrazlarınız stil və rahatlığı ilə sizi sevindirəcək.Nə geyinim ,necə geyinim sualları sizi yormayacaq.Bu gün isə böyük bədən ölçülü xanımlar üçün qarderobun bazasını təşkil edən 10 element seçdik.

Qeyd : Qarderobunuzu yaradarkən əsasən rəng ,parça və biçimə diqqət edin.

Rənglərdə -əsasən çox əlvan ,canlı rənglər ilə ehtiyatlı olun.Parçalar isə daha yumşaq ,daha mat olmalı ,biçim əlbəttə vizual olaraq sizi daha incə göstərəcək formada olanlara üstünlük verməlisiz.

1) 1 ci element hər bir xanıma gərəkli olan kardiqandır.Kardiqan elə bir elementdir ki ,hər fəsildə ,hər məkana və hər geyimlə uyğunlaşdıra biləcəksiz.Uzunluğu boyunuza görə dizinizə çatmamış və ya dizinizdən daha uzun olmalıdır.Rəng olaraq qara ,qəhvəyi ,boz və ya tünd göy seçə bilərsiz.Neytral olmağı bir o qədər yaxşıdır.

2) t shirt  və ya tuniklər. Kök xanımlar daha çox assımmetrik kəsimləri olan ,çox da nazik material olmayan toplar seçməlidirlər.Bədənə çox yapışan materiallardan və iri printlərdən uzaq durun.Tuniklər hər zaman qarderobunuzda olmalıdır.

3)Oversize donlar.Son zamanlar oversize (yəni böyük bədən effekti verən geyimlər ) dəb aləmində öz sözünü deyir.Əziz xanımlar bu tip donlar nəinki ,kiçik bədən ölçülü xanımların eyni zamanda sizin də sevimliniz olmalıdır.Həm dəbli ,həm rahat ,həm də vacib.Bəzən böyük ölçülü xanımların daha enli geyinərək daha kök görsənmələri də deyilir.Bu qayda da doğrudur.Lakin Oversize geyimlər zatən forma olaraq dəbli görsəndiyi üçün sizi dolu göstərməz.Risk edin.

4 ) Kostyumlar.Kostyum seçərkən ,xüsusən iş xanımısızsa çalışın şalvarları beldən trapetsa biçimli ,və ya son zamanlar trend olan Kilot şalvarlar olsun.Pencək şalvarın üzərində qısa durmamalı.Qarın hissəsini də örtərək üzərinə düşməlidir.Çalışın həmişə öz ölçünüzü alın.Rənglər də neytral olarsa daha məqsədəuyğun olacaq.Müəyyən aksesuar ,şərf və s ilə rəngləndirə bilərsiz.

5) Cinslər.Kök bədən quruluşu olmaq ,cins geyinməmək anlamına gəlmir.Əlbəttə siz də rahatlıqla bu  geyim elementlərini geyinə bilərsiz.Sadəcə doğru formasını almaq lazımdır.Beləki ,çalışın aşağı bel ,böyük cib və çoxlu detalları olan cinsləri almayasız.Skinny bədənə yapışan cinslər sizi daha kök göstərə bilər.Orta bel ,klassik ,sadə düz kəsimli ,və ya balağı trapetsa cinslər seçin.

6)Qələm ətəklər.Çox xanımın qarderobunun olmazsa olmazı bu ətəklər möcüzə yaradır.Tam sizin üçün əsl seçimdir.Bədəni yanlardan toparlayır,daha incə  qamət bəxş edir.Lakin qələm ətək əgər hərəkət edərkən yuxarı qalxıb yığılırsa ,demək sizə kiçikdir və ya yanlardan boşdursa sizə böyükdür.Qələm ətək əgər tam sizin ölçünüz olarsa o zaman sizi qamətləndirəcək .

7) Sadə uzun don. Əlbəttə hər bir xanımın qarderobunda 1 dənə don mütləq olmalıdır.Qara kiçik don qanununu da hər kəs bilir .Lakin uzun don da qarderobda olmalıdır.Böyük bədən ölçülü xanımlar üçün zəruridir.Xüsusən sevdiyi və yaraşan rəng olarsa ,o donu hər yerə istifadə edir xanımlar. Belə bir qara ,və ya tünd göy rəngli donunuz olsa ,üzərindən jilet ,kardiqan ,pencək ,plaş vəs geyinərək hər dəfə fərqli edə bilərsiz.

8 )Klyoş ətək.Sizə əgər “enli ətək geyinib daha dolu görsənəcəksən “deyirlərsə ,bu qaydanı bir anlıq unudun.Yarım klyoş ətəklər qarderobunuzda olmalıdır.Bəzən çiyinlər ,sinə hissəsi artıq çəkili ,enli olur .Bu zaman siz bədən formanızı məhz belə ətəklərlə vizual neytrallaşdıra bilərsiz.

9 ) Köynəklər.Təbii ki ,enli ,uzun ,assimmetrik biçimli ,qolu 3/4 olan köynəklər qarderobunuzda olmalıdır.

10)Üst geyimi .Qarderobda olmazsa olmaz trenç ,palto mütləq sizin də qarderobunuzda olsun.Əlbəttə çox soyuqda siz də sırıqlı gödəkçələrdən istifadə edə bilərsiz.Lakin ,sadə klassik ,palto mütləq olmalıdır.