Uğurlu biznes üçün geyin !

Uğurlu insan ,ilk öncə öz xarici görüşünü ,sonra davranışları ilə öz imzasını atır.Xarici görünüş işgüzar qadınlar üçün çox vacib faktordur.Keçirilən görüşlər ,qəbul edilən qonaqlar ,işçilərlə toplantılar və s. daim göz önündə olan işgüzar xanımlar bir nümunədir. Uğurlu geyim varmı? bəli ,doğru sirləri bilsəz o zaman doğru geyinərək ,uğurlu bir obraz yaradacaqsız.

10 uğurlu geyim sirləri hansılardır?

1) Geyimlərini ütülə.

Bir nömrəli “Qızıl qayda “əlbəttə geyimlərin səliqəli olmasıdır. Ütülənməmiş bir köynək ,və ya şalvar imicinizə zərərdir.Odur ki ,axşamdan geyimlərinizə diqqət edin və ütüləyin.

1)Şalvarlarının balağını yoxla.

İşgüzar xanımlar  çox vaxt daha rahat hərəkət üçün şalvar geyinməyi seçirlər.Lakin ,bəzən şalvarların əyində doğru oturmaması bütün obrazı poza bilər.Belə ki ,unutmayın sizin ayaqlarınıza da diqqət edilir.Eyni şalvarı həm hündür daban ayaqqabı ,həm də alçaq daban bir ayaqqabı ilə geyinməyin.Şalvarın ətəyinə diqqət edin.Hündür daban ayaqqabılarda dabanın 2/1 ni tutmalıdır.Çox da yerə toxunmasa yaxşıdır.Və ya əksinə alçaq dabandırsa,dar balaqda ayaq biləkləriniz görsənməməli.Enli balaq isə ayaqabı ilə bir boyda olmalı ,lakin yerə toxunmamalıdır.

3)Köynəyin qolu nə deyir.

Bir çox işgüzarlar hətta yay fəslində belə uzunqol köynəklər geyinirlər.Eyni zamanda üzərindən pencək ,kardiqan və s. geyinərkən köynəyin qoluna diqqət edin. Həddindən artıq uzun  və ya qısa qol  sizin işə münasibətinizdən söz açır.Qollarınız düz (yanlara doğru sallayanda ) duranda köynəyin qolu biləyinizə çatmalıdır.Bunu həmişə yoxlayın.Üzərindən pencək geyinmisizsə eyni  boyda olmalıdır.Manjet qısa  ,ya da çox uzun olmasa daha səliqəli görüntü yaradır.

4) Qeyri-Professional köynəklər.

Heçnə iç geyiminizi (bustqalteri) göstərən bir köynək qədər qeyri professional görüntü verə bilməz.Odur ki ,köynəyin fit oturması nəqədər də yaxşı olsa da bu məqamı unutmayın.Çalışın bir az boş model olsun ,tam kip bluz sizin (xüsusən sinəniz böyükdürsə) qarşınızdakı insanların nəzərini cəlb edəcək.Bu isə uğurlu iş qadınına gərək deyil:)

5) Bahalı ayaqlar.

Geyiminizin elementlərini ucuz və ya bahalı qiymətlərə ala bilərsiz.Lakin ,çalışın ayaqqabılarınıza dəyər verin.Bahalı və keyfiyyətli ayaqqabı uğurlu obrazın sirridir.2-3 cüt klassik ayaqqabı alın (hündür lakin rahat daban).Böyük bir zalda etdiyiniz təqdimatlarda mütləq ayaqqabılarınız nəzərə çarpacaq.

6)Kəməri unutma.

İşgüzar xanımların geyimində ən səhv addımlardan biri də ,kəmər yeri olan şalvar və ya ətəklərdə kəmər istifadə etməməsidir.Bu zaman beliniz boş görsənəcək.Əgər kəmər üçün xüsusi qulplar varsa kəməri unutmayın.

7) Aksesuarlar.

Əsl uğurlu işgüzar qadınlar işdə aksesuarları bacardıqca sadə tutmalıdırlar.

8)  Gözəl qoxu

Ətirləri nəqədər sevsənizdə  1 dəfə sıxın .Çox sərt iy gəlməməsi üçün tez tez yeniləmək gərəksizdi.

9) Saçlara diqqət.

Ən etik olmayan görüntü yaş (yeni yuyulmuş və qurumayan ) saçlardır.Geciksəniz belə saçlarınızı qurulayın,darayın.Üz quruluşunuza yaraşırsa ciddi iş görüşlərində saçlarınızı toplayın.Təmiz və toplanmış saçlar ən doğru seçimdir.

10 ) Dırnaqlar vacibdir.

Daim  sənədlər imzalamaq,əl verib salamlaşmaq ,bir işgüzar yeməyə çıxmaq ,dəstəyi qaldırmaq,gündəliyinizi yazmaq (xüsusən də qarşınızda işçi və ya əməkdaş əyləşibsə) diqqəti əllərinizə verir.İşgüzar xanımların dırnaqları təmiz ,(neytral  tonlu lak ola bilər )sadə olmalıdır.

Bu qaydalara əməl edərək uğurlu bir obraz yarada bilərsiz.Bir də unutmayın bəyaz dışlər və bəyaz gözlər qanunu var.Bilirsiz ki ,dişlərin təmizliyi ,bəyazlığı insanlarda müsbət fikir yaradır ,eləcə də gözlərin ağı tam bəyaz olarsa ( belə müəyyən edilib ki ,gözün bəyazı bəzən qırmızı rəng daha çox olur ,kapilyarların qabarması ilə ,tam bəyaz isə sağlıqlı olmaq ,xoş əhvalda olmaqdan irəli gəlir) gözləriniz işıq saçacaq və özünüzə güvənli görsənəcəksiniz !