Ayaqqabı ilə vizual arıqla …

Ayaqqabılar…Xanımların qeyri-adi   sevgisi 🙂 Əlbəttə qarderobun bazasında ayaqqabılar vacib rol oynayır.Böyük bədən ölçülü xanımlar isə qarderobuna çox diqqətli olaraq ayaqqabı seçməlidir.Xüsusən qarderobun bazasını qurarkən. Kök xanımların qarderobunda mütləq 1 ədəd qayıq formalı( (stilettolar) orta hündürlükdə) olmalıdır.Hələ də dəri rəngi ,bej tonlar  olsa, bu hər geyimlə uyğunlaşar və ayağınızi vizual olaraq uzadacaq.

Çünki dəri rəngində olduu üçün ayağınızın bitmə nöqtəsi bilinməyəcək.Çalışın corablardan sitifadə edərkən ayaqqabı ilə eyni ton, eyni rəngdə geyinin -bu zaman vizual olaraq ayaqlarınız uzanır . Eynilə qış mövsümündə isə çalışın biləkdən bir balaca yuxarı olan yarım çəkmələrdən uzaq durun ,bu çəkmələr istənilən ayağı qısa göstərir.Biləkdən vizual kəsdiyi üçün belə görüntü yaranır.Botfordlar isə kök ,xüsusən boyu qısa xanımlar üçün risklidir.Botfordları hündür bel şalvarlarla geyinə bilərsiz.Çəkmələr dizinizə çatmamış olan uzunluqda olmalıdır.Geyindiyiniz ətək ,don ,şort isə tam çəkmənin bitdiyi yerdə bitərsə vizual qamət yaradılır.Unutmayın həmişə kəsilən hissələri  göstərməmək işə yarayır ,və sizi vizual olaraq daha incə göstərir.