40 yaşı keçdinsə ,bu qaydaları bilməlisən!

40 yaş xanımların ən gözəl yaş dönəmlərindən biridir. Daha gözəl görünməyə , onları -özlərinə daha da güvənli olmaları ,artıq nə istədiklərini bilmələri kömək edir. 45 yaş üstü xanımlar ,sadəcə  bir neçə qaydaları bilməklə ,daha cavan ,daha şən bir obraz əldə edə bilərlər.Elə isə gəlin əsas 10 qaydaya birlikdə nəzər yetirək.

  1. Öz bədən formanıza görə geyinin , bədəninizin ən sevdiyiniz bölgəsini işıqlandıracaq və bədəninizə oturan geyimlər seçin.
  2. Ətəkləri doğru uzunluqda geyinin .Nə çox qısa ,nə də çox uzun olmamalıdır. 40 yaş üstü xanımlar üçün ideal uzunluq ya dizinizin boyu  ,ya da bir balaca dizinizin üstündə olmaqla geyinə bilərsiz.
  3.  Ayaqqabı seçərkən çalışın sizin yerişinizi ,belinizi və çanağınızı doğru vurğulaması  üçün az da olsa dabanı olsun ,çox hündür daban ayaqqabı olmasa belə kiçik dabanı olmalıdır.
  4. Cins şalvarlar- daha tünd rəng və daha bədənə oturan formasını geyinin.
  5. Üzünüzə yaraşan eynək seçin və həmişə istifadə edin.40 yaş üstündə, eynəklər xüsusi bir şarm qatacaq geyiminizə.Daha cazibədar və sirli !
  6. Aksesuarlar sadə və ya avanqard ola bilər.Fərqli stili seçənlər maraqlı qeyri- adi qədimi  aksesuarlar ,və ya vintaj stilində zərif aksesuarlar taxa bilərlər.Xüsusən incilər bu dövrlərdə sizi eleqant edəcək.
  7. Yuxarıda da  qeyd etdiyimiz kimi ,bədəninizin ən sevdiyiniz hissəsini göstərin.Ayaqlarınız gözəldirsə ,ətək ,don daha çox geyinin ,və ya boyun dekoltesi istifadə edin.Lakin bunu edərkən çox aşırı çılpaqlıq lazım deyil!
  8.  Maraqlı printli ,və ya sadə şərflərdən (kiçik ,boyun üçün yaylıq )istifadə edin.İstənilən geyimdə istifadə edərək canlılıq qata bilərsiz.
  9. İç geyimlərinizə xüsusi diqqət edin.Doğru seçilməyən bustqalter istənilən bluzu əyəcək.Şux bir görüntü və öz güvən üçün bu seçim çox vacibdir.
  10. Əlbəttə ,40 yaşı keçdim və artıq rəngarəng geyinməməliyəm! bu sözlər özgüvənli xanımlar üçün deyil…Qarderobunuza təng qatın.

 

Növbəti məqalələrimizdə isə ” doğru seçin !” kəliməsi ilə vurğuladığımız ,bədən forması ,cinslər ,alt geyimləri , və s necə doğru seçilməlidir sualına cavab verməyə çalışacağıq.