Boho tərzi və 30 yaş üstü xanımlar…

Bildiyiniz kimi son illərdə ən çox geyinilən və sevilən stillərdən biri Boho (Bohemian) tərzidir.Daha çox 60-70- ci illərdən gələn ,bu stil haqqında ətraflı stil http://www.modamaniya.com/tag/stil/  bölümümüzdə məlumat ala bilərsiz.Bu gün isə 30 yaş üstü xanımların bu stildə necə geyinə biləcəyi haqqında danışacağıq. Nəyə görə məhz 30 yaşa çatdıqdan sonra boho tərzini yaşımıza uyğunlaşdırmağa çalışmalıyıq? Çünki , məhz boho tərzi daha havalı ,daha detallı ,elementi bol olan  ,daha azad ruhlu, eyni zamanda qarışıq stil olduğu üçün 30 yaş üstü xanımlarda bəzən cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Sadə tutmaqla siz bu stili geyinə ,hətta çox zövqlü görünə bilərsiz.Boho tərzinin elementlərindən istifadə edərək ,eyni zamanda vintaj ətəklər ,papaqlar geyinərək maraqlı obraz yaratmaq olar.Əsasən Zamşa materiallı geyim elementləri  (ətək ,çanta ,bot ),saçaqlı çantalar (dəri ,zamşa) seçin.30 yaşlı xanımlar daha çox uzun ,çiçək printli don ,ətəklər geyinərsə çox Fresh ” təravətli” bir obraz əldə edə bilərlər,çiçək printli donlar boho tərzini yaratmaqda 1 nömrəli printlərdəndir. Bundan başqa güpür ,dantellər də bu yaş xanımlar üçün əvəzedilməz boho tərzi yarada bilər.Soyuq fəsillərdə sadə vodolazka ,sadə ətək ,üzərindən kürklər geyinərək və  sadə şlyapalar taxaraq isə geyiminizə tam da boho nöqtəsi qoyacaqsınız 🙂

Sizlər üçün 30 yaşlı xanımların geyinə biləcəyi Boho tərzinə aid bir neçə obrazlar seçdik: