Qışda Hicabla öz stilini yarat

Hicablı xanımlar qış fəslində həm daha isti baş örtüsü yarada,həm də tərzli görüntüyə sahib ola bilərlər.Gəlin, Hicabın üzərindən başqa elementlər geyinərək isti və tərz obraz necə yaratmaq olar sualına birgə baxaq.

1)Toxunma material

Son zamanlar hazır satılan toxunma şərf -papaqlar var.Daha çox onları boyun hissəsinə  keçiririk.Siz bu toxunma şərfləri hicabın üzərindən taxa bilərsiz,hətta əlcəkləri varsa istifadə edin.Altdakı hicabın rəngini də uyğunlaşdırıb maraq qata bilərsiz.Eyni zamanda hicabınızla  eyni rəngli yun ,toxunma (iri toxumaları olan) şərfi boğazınıza bürüyün.Materialları sintez etməkdən çəkinməyin.

2) Enli Şal

Enli printli və ya saya bir şalı hicabın üstünsən bağlayın.Səliqəyə diqqət etməyin ,dağınıq olsa daha maraqlı alınacaq.

3)Papaqlar

Sözzsüz ki , hicabın üzərindən papaq qoymaq yeni kəşf edilməyib.Lakin ,bunu daha tərz etmək olar.Ya enli çıxıntılı şlyapalar istifadə edin və ya kiçik şlyapanı eyri formada qoymaq olar.Rənglər fərqli və ya eyni ola bilər.

4)Printlər

Hicabın müxtəlif bağlama formaları var.Təbii ki, siz də öz bağlama tərzinizə uyğun bu bölümü istifadə edə bilərsiz.Belə ki , müxtəlif printli şərfləri boyun hissənizdən hicaba birləşdirin.Hətta maraqlı broş ilə birləşdirə bilərsiz.Üst hissə bir rəng ,alt hissə isə maraqlı bir print ilə göz oxşayacaq.

5)Xəz

Əlbəttə ,qış dedikdə xəzlər qarderoblarda olmazsa olmazlara çevrilir.Təbii və ya süni xəz şərf və ya papaqlardan istifadə edə bilərsiz.