Rəfiqəmin toyuna nə geyinim?

Hər bir xanım həyatında ən azı bir dəfə öz rəfiqəsinin toyuna dəvət almışdır.Üstəlik bu rəfiqə ən yaxın insanıdırsa ,onun bu xoş gününə xüsusi hazırlıq görər xanımlar….Bəs rəfiqənin toyuna ən doğru necə geyinmək olar?

Ümumiyyətlə ,öz obrazınızı düşünməmişdən öncə toyun keçirilmə məkanı ,keçirilmə mövzusunu öyrənin.Müəyyən dress code (geyim qaydası, limiti) varsa onu mütləq bilməlisiz.Bəzi toylarda rəfiqələr eyni rəng və eyni formada tikilən geyimlər geyinməlidir (gəlinin istəyi ilə 🙂).Bu zaman edəcəyiniz bir seçim yoxdur ,amma saç , makiyaj və aksesuarlarınızla fərqlənə bilərsiz.Əgər dress code yoxdursa ,o zaman seçim etmək- daha gözəl ,fərqli  görsənmək sizin əlinizdədir.

Qeyd : öz dostunuzun toyuna bəyaz geyinməyin.Əlbəttə ,gəlinin istəyi yoxdursa,bəyaz geyinmək rəfiqəniz üçün doğru olmaz.Gəlinlikdə olan rəfiqənizin seçilməsi və ən gözəl bəyaz libasının olmasını istəyirsizsə başqa seçim etməlisiz!

1) Öz bədəninizi tanıyın və ona uyğun geyim seçin.Əsasən bədəninizin ən gözəl hissələrini vurğulayın.Bədəninizə tam oturması üçün geyiminizi dərziyə tikdirə bilərsiz.

2) Daha tərz gösənmək üçün ilin rənglərinə uyğun seçim edin.Məsələn ,2016 -ci ilin rəngi kvars çəhrayısı və açıq səma mavisidir. Bu rənglər sizə yaraşırsa seçim edə bilərsiz,və ya bir neçə ton tünd rənglərini geyinmək olar.

3)Boyunuzu nəzərə alın ,əgər boyunuz hündürsə asanlıqla uzun geyimlər seçin ,eleqant görünün.Boyunuz qısadırsa ,bej rəngli (ət rəngi) ayaqqabı seçərək vizual boyunuzu uzadın.

4) Əslində nişan və s kimi mərasimlərə qısa uzunluqlu kokteyl geyimlər daha gözəl görünəcək ,lakin məsələ toydursa ,uzun geyimlər daha zərif görüntü verəcək.Boy və bədən quruluşunuz imkan verirsə mütləq uzun geyimlər seçin.

5)Material olaraq atlas ,güpür ,şifon seçimi edə bilərsiz.Artıq qarışıq stillər dəbli olduğu üçün ,heç də daş qaşlı ziyafət geyimlərinə üstünlük verməyin.Əksinə sadə geyimlərinizi maraqlı elementlərlə qarışdırın.

6) Açıq rəngli üst hissə -sinəni daha böyük göstərir,rəngarəng və açıq rəngli alt hissı isə- yan hissəni daha həcmli göstərəcək.Deməli siz rəngləri ,printləri seçərkən ,hansı hissənizi daha iri və ya daha kiçik göstərmək istədiyinizi nəzərə alıb geyi seçə bilərsiz.

7)Belində  kəmər olan geyimlər belinizi daha incə göstərəcək.Bu kimi detallara diqqət edin.

8)Ayaqqabı seçimi edərkən ,çalışın rahatlıq və görkəmi birləşdirin.Narahat ayaqqabılar həm toy boyu rəqs etmənizi ,həm də görüntünüzü pozacaq.

9) Son zamanlar toylara tulumlar  da geyinilir,lakin çalışın bədən formanıza tam uysun.Eynilə son dövrlərin ən çox geyinilən donları ,dərin yırtmacı olan geyimlərdir.

10) Dərin bel dekoltesi də seçimləriniz arasında ola bilər.Artıq sinə dekoltesi o qədər də trend deyil .Hətta bel dekoltesində maraqlı işləmə ,naxış ,qaş ola bilər.

11) Artıq bir çox xanımlar toylara seçim edərkən bir tək parça geyim yox ,iki parçanı məsələn top(xüsusən crop top) və ətək , kimi seçirlər.Bu da sizi dəbli göstərə bilər.