Qaydaları qırmaq zamanıdır!

45 yaş üstü xanımlar ,əlbəttə bəzən dəb çərçivələrində ilişib qalırlar.Geyimlər geyinərkən çox vaxt ürəklərini dinləyə bilmirlər ,çünki artıq yaş da özünü göstərir.”Bədən formam dəyişib “,”artıq mənim yaşıma uyğun deyil” ,”sosial cəmiyyət ” ,”insanlar nə deyər” kimi düşüncələr xanımları arzuladıqları geyimlərdən vaz keçdirir.Lakin xanımlar ,əgər siz də özünüzü sevirsizsə ,dəb qanunlarını qırın ,və daha xoşbəxt ,özgüvənli görüntü ortaya çıxacaq.Bəs 45 yaşdan sonra geyinmək ,etmək olmaz deyilən bu stereotiplər ,dəb qaydaları hansılardır?

1)Rəngarəng geyinmə!

Əlbəttə bu qaydanı asanlıqla qırmaq lazımdır.Axı yaşın artması qəlbin ,ruhun rənglərini dəyişmir.Risk edin!

2) Leopard Print yaraşmaz!

Çox vaxt bu yaş xanımlarda sanki ,vulqar görünən bir print sayılır.Heç də elə deyil ,heç vaxt dəbdən düşməyən printlərdən biridir.Çalışın qarderobunuzda olsun!

3) Qara və neytral rənglər geyin!

1 ci qaydada olduğu kimi ,”artıq cavan deyilsən ,yalnız qara geyin” sözləri heç bir dəb kitabında yazılmayıb! bu qaydaları qırın!

4) Dəri material sənə yaraşmaz

Artıq dünyada bir çox xanımlar sübut edib ki , 45 yaşı keçmək və dəri geyinmək mümkündür ,yaraşır!

5) Tattoo eləmə!

Bir az ziddiyyətli mövzudur.Gənc vaxtı edilibsə ,bu artıq səninlə yaşlaşır.Lakin bu yaşda etmək qərarını almısızsa,qaydanı qırıb arzunuzu reallaşdıra bilərsiz.Sadəcə çox iri döymə,görünən yerlərdə xüsusən bir o qədər də yaxşı görünmür.Xüsusəm,bizim cəmiyyətdə …

6) Cins şalvarlar…

Axı niyə də yox! niyə bu rahat geyim elementindən uzaq durmalısız! sadəcə doğru forma seçilməli.Bir də xüsusən ,çox yırtıq,cırıqları olan cinslərdə ehtiyatlı olun!

7) Saçını süpürgə etmə!

Belə bir qayda var ki ,saç qısa kəsildikdə xanımları daha gənc göstərir.Əslində bu belədir…Lakin uzun saçlı,hətta rənglənməyən ,bəyaz saçlı xanımlar da bunu sübut ediblər ki ,saçı kəsməməklə də gözəl görünmək olar 🙂

8 )Dərin dekoltelər olmaz…

Əgər yaşlanmaqla bərabər öz sinənizi ,ayağınızı sevirsizsə ,onları vurğulamağa davam !Niyə də yox …