Şərfləri daha dəbli geyin …

Qış ayının sonuncusunu yaşamağımıza baxmayaraq ,şərflər hələ yaz boyunca da sevimli aksesuarımız olaraq qalır.Artıq “ideyam tükənib ,şərfi daha necə dəbli geyinə bilərəm “deyirsizsə ,o zaman davamını oxuyun 🙂

Şərflər son zamanlar küçə dəbində sanki jileti xatırladan formada qarşımıza çıxır.Bəli iki tərəfli yandan ataraq ,üzərindən kəmər taxın və daha fərqli obraz yaradın,sanki paltonun altından kardiqan geyinmisiniz abu havası yaranacaq.

Daha enli böyük şərfiniz varsa 3 qat çiyninizdən atın,üst geyimi yaradın

Burda isə sizə fərqli ideya : şərf əvəzi sviterinizi boynunuza şərf kimi  bağlayın.Xüsusən monoton geyiminizə rəng qata bilərsiz.

Podiumlarda bu il uzun ,enli, kürk ,tük ,saçaq detalları ilə örtülü şərflər gözə dəydi.Siz də öz şərfinizə xəz tikərək maraqlı yeni element ala bilərsiz.

Daha bir dəbli şərf geyinmək yolu : bir tərəfini tamam qısa bağlayıb ,digərini isə uzun sallayın.

Bant şərflər :sadəcə şərflərinizi bant formasında bağlayın və son trendlərə uyğunlaşdırın.

Şərfi daha dəbli geyinmək üçün ,şərfinizi eyni rəngində bir palto ,kardiqan ilə sınayın.

Daha bir əks fikir isə -geyiminiz nə qədər solğun ,neytral rəngdədirsə siz bir canlı ,əlvan rəngli şərfi istifadə edin və dəbli olun.

Eyni zamanda küçə dəbində çox görürük :xəzləri şərf kimi istifadə etməklə də maraqlı obraz yaratmaq olar.

Bir çiyindən atılan şərf tərz görünə bilər.