Sviterini 7 yeni üsulla geyin !

Sviteriniz artıq köhnəlib və yeni yollar axtarırsız ? Sizin üçün sviterinizi canlandıracaq yeni yollar seçdik,podiumlar ,küçə dəbi sizi ruhlandıra bilər.Ona görə də ,həmişə moda həftələrini izləyin.

İndi isə 7 yeni  üsulla sviterinizi fərqli geyinin :

Bu il qış kolleksiyalarında sviterlərin üzərindən şərflər ,xüsusən ,şərf bir tərəfdə ,digər tərəfdə isə kürk taxmaq nəzərimizi çəkdi.Kəmər bağlamağı da unutmayın.

Bu dəfə pencək (kostyum dəst ola bilər)  altından köynək əvəzi sevimli sviterinizi geyinin və kəmər taxın.Çox maraqlı olacaq.

Sviterinizi hər hansı bir donun üzərindən geyinin və yarıya kimi sallayın.Broşla bərkidin.Dizaynerlər bunun gözəl göründüyünü sübut ediblər.

Sviter və boyundan bandana yaylıqlar? bəli bu üsulla sviterinizi  daha dəbli edə bilərsiz.

Sviterin altından maraqlı printli köynək geyinin və sviterin qollarını çirmələyin .

Köynək ,üzərindən sviter artıq çox xanımların istifadə etdiyi formadı ,elə isə boynunuza iri bir boyunbaq və kəmər taxsaz bu stil tamamilə dəyişə bilər.

Sadə və köhnə sviterlərinizə maraqlı broşlar taxaraq fərqli edin!Bu dəfə bir yox çoxlu broş taxa bilərsiz.