Qış corabı ilə ,yay ayaqqabısı…

Küçə dəbindən də çox sevdiyimiz yay ayaqqabıları və corablar ….Son dövrlər bizim ölkədə də yayılmasına baxmayaraq ,hələ də çox inteqrasiya edilməyən bir dəb! Bəs yay ayaqqabılarımız ilə corabları dəbli görsənmək üçün  necə geyinək?

Çoxları bunun gülməli görsəndiyini ,xüsusən hündürdaban ayaqqabılar ilə uyğun olmadığını,soyuq havada burnu ,dabanı açıq ayaqqabının məntiqsiz dəb olduğunu deyirlər.Lakin ,insanlar özlərini necə rahat və tərzli hiss edirlərsə elə də geyinməlidirlər.Bu fərqli və estetik görünə bilirsə niyə də yox?

Bir zamanlar ,xüsusən müharibə dövründə 40- ci illərdə ayaqqabılar ilə corab geyinmək kimi bir tərz var idi,bu şəraitdən yaranan bir hal olsa da ,dəb keçmişə həmişə qayıdır və maraqlı şərait ,zərurətdən doğan geyim elementlərini yeni formada bizə bəxş edir.Corablarla şəhərə çıxmaq da əslində zövqsüzlük deyil.Loafer və Oxford ayaqqabılar ilə geyinilərkən başqa bir tərz yaradan corablar ,hündürdaban yay ayaqqabıları ilə başqa bir stil yaradır.Tərzli görsənmək üçün isə bir neçə variantı kəşf edək: Rəng ,Material və Forma olaraq doğru seçimlər edək.

Qara və Boz

Qara ,xüsusən dəri materialı olan ayaqqabı seçərək ,toxunma boz rəngli cotrablarla tərzli görünəcəksiz.Yuxarısında bağı olan və qalın dabanlar maraqlı görsənəcək.

Boz və Qəhvəyi

Bu iki rəng öz aralarında çox yaxşı uyum yaradır.Beləliklə ,boz corabla qəhvəyi bosonoşka ,və ya əksini geyinə bilərsiz.İncə daban ayaqqabı seçsəniz incə material corab seçin.

Bej bə Qəhvəyi

Qəhvəyi 70- ci illərin platforması ,zamşa ,dəri materialı olan ayaqqabı və toxunma bej corab!

Tünd rəngli corab və pastel tonlar

Çox maraqlı görünür : xüsusən qara corab ilə ağ,mavi ,çəhrayı tonlar .

Açıq rəngli kalqotki,corablar və dabanı açıq ayaqqabılar.Kobud dabanlar daha tərz görsənəcək.