Qəhvəyi paltonu daha dəbli geyin !

Artıq qış ayının sonuncusunu yaşayırıq.Yüngül paltolar isə qarderobun əsaslarındandır.Çox xanımların istifadə etdiyi paltolar(Neytral rənglərdə bir çox obraz yaratmaq daha asan olduğu üçün) qara, boz və qəhvəyi rənglərdə olur.Bu gün son zamanların sevimlisi olan qəhvəyi paltoları seçdik.Hər kəs onları asanlıqla  geyinə bilər ,amma bu paltoları daha tərz geyinmək olar.

Əsasən son zamanlar (xüsusən uzun ,oversized ) qəhvəyi paltoları sport ayaqqabılar, burnu iti botlar, loaferlər ilə geyinirlər.Çox az hallarda hündür daban ayaqqabılarla da geyinilir.Ətəklər nəzərə çarpır.Dəri, midi ətəklər və krassovkalar street style -ın  artıq vazkeçilməz görüntüsüdür.Qəhvəyi -ağ ,qəhvəyi -bej ,qəhvəyi -qara ,boz rənglərin sintezi də  minimalist və monoxrom stili sevənlər üçün must have “Olmazsa olmaz”-dır .

Gəlin seçdiyimiz obrazlarla baxaq:

Əlbəttə ,ətəklər …Bu paltolar xüsusən oversized olduqda ətəklər ilə maraqlı görsənir.Xüsusən sport ayaqqabılar ilə…

Qəhvəyi paltolar ,ofis stilli köynək və sviterlərlə (boz ,bej ,qara ) çox maraqlı görsənir.

Bəyaz və bej rənglər ,eləcə də qəhvəyi rəngin öz tonları ilə siz bu paltolarınızı geyinsəz çox dəbli görsənəcəksiz.Bu tonları qarışdırmaqdan çəkinməyin ,heç vaxt pis görüntü ola bilməz.

Qara rəng: Bilirik ki ,qara rəng ilə qəhvəyi çox uyğunlaşır.Xüsusən ,siz qara dəst kostyum ,qara dəri şalvar ,sviter və qara rəngli şallardan istifadə edə bilərsiz.