Vivienne Westwood pin-up, punk dizayneri…

İndiki dövrdə diqqət mərkəzində olan və dünyanın hər bir nöqtəsində satış edən markaların dizaynerlərindən fərqli olaraq Vivienne Westwood yeniliklərin önçüsü olan, pin-up, punk və digər stil mədəniyyətlərini moda ilə birləşdirən dizaynerdir.Öz görünüşü, siması hətta mimikalarında moda ilə necə iç-içə olduğunu sübut edən dizayner Vivianna Westwood 1971-ci ildə İngiltərədə sevgilisinin geyim mağazasında öz dizaynlarını satmağa başladı. 1981-ci ildə ilk kolleksiyasını yaratdı.

Uşaq yaşlarından rəssamlıq məktəbində təhsil alan Vivienne Derek Westwood ilə ailə qurur və bu evlilikdən Rose və Ben adlarında iki övlad sahibi olur. İlk həyat yoldaşından ayrılmasına baxmayaraq o, soyadını dəyişmir və səbəb olaraq da dünyada artıq bu adla məşhur olmasını göstərir. İkinci ailə həyatı Sex Pistols qrupunun üzvü Malcolm Mclaren ilə olur və bu evlilikdən də Joseph adlı bir oğlu dünyaya gəlir.

Mənim geyim tərzimə uyğun olmadığı üçün Viviennenin dizaynları ilə tanış deyildim. Lakin mənim və bir çox insanın diqqətini çəkən Sex And The City filmində Carrienin gəlinliyi məhz bu dizaynerə aid olduğu üçün ən son kolleksiyalarını izlədim və Melissa ayaqqabıların yaradıcısı olduğunu öyrəndim.

Müsahibələri ilə hər zaman öz adından söz etdirməyi bacaran dizayner bu sözləri ilə həssaslığını və duyarlı olmasını bütün moda aləminə göstərdi və bir çoxlarının fikrincə insanlıq dərsi verdi. “Mən sənətkar deyil, dizaynerəm. Marka yaratdım və satdıqlarımın çox sayda alıcısı var. Heçkəsi almağa məcbur etmirəm ,amma alırlar. Çox baha olmasına baxmayaraq, tələbat var. Lakin heçkim bunları deyə bilmir. Dünyada bir çox insan ac, bir çoxu işsiz. Belə məhsullara daha az pul xərcləyin və qalan pulunuzu lazımı yerlərə istifadə edin.” Bunu bir marka yaradıcısının deməsi bir çoxları üçün qeyri-adi hal oldu. Elə bu qadın hər zaman qeyri-adilikləri ilə seçilir.

İndi isə dizaynerin kolleksiyalarında bir neçə foto hesabat izləyək.

Müəllif : Günay Yunuszadə