Bəyaz sneakersləri daha tərzli geyinək…

Artıq neçə illərdir sport ayaqqabılar trendlər arasında öz yerini qoruyub saxlayır.Bu il də sneakerslərdən bəyaz olanları daha dəbdədir.Artıq bir çox  geyimlərlə biz bu sport ayaqqabılarını geyinirik.Bəs bu yaz daha dəbli görsənmək üçün sneakersləri necə geyinək?

1) Toxunma ,yun materiallı don ,ətək ,kostyum dəstlər ilə ağ sneakerslər geyindikdə obrazınız son dəbə uyğun olacaq.

2) Oversized sözünü artıq çox eşitmisiz 🙂 bəli oversized donlar ,köynəklər ilə geyinin.

3) Bəyaz + Bəyaz = bu yay ən çox geyinilən casual stil olacaq.

4) Trench plaşlar (bej və ya ağ ) və donlar ilə maraqlı və tərzli olacaqsız.

5) Tulumlar (xüsusən ,cins ) bu sneakerslərin dərmanıdır…

6) Kilot şalvarlar (vodolazka  və oversized est geyimləri ilə sınayın) ilə bəyaz sneakers tərzli görünüş yaradacaq.

7) Əlbəttə ,bu il də cins şalvarlar ,dəri şalvarlar ilə geyinə bilərsiz.Lakin daha tərzli olmaq üçün bu il bir az fərq qatmaq laızmdı.Zolaqlı şalvarlar ,klassik dəstlər,trapetsa şalvarlar və eləcə də gecə geyimini (pijama stili) xatırladan boş kimono şalvarlar ilə sınamaqdan çəkinməyin.