Özünü Parisli hiss et !

“How to be parisian wherever you are” – Harada olmağından asılı olmayaraq, Parisli olmaq…Bestseller olan -bu kitabın müəllifi, Caroline de Maigret stili bu gün stil bölümünü canlandıracaq!

Model biznesi ilə karyerasına başlayan Caroline ,daha sonra musiqi sahəsində çalışır,11 il rəsmi nigahsız yaşadığı sevgilisindən bir övlad dünyaya gətirir və 40 yaşında yenidən dizaynerlərin xüsusən Karl Lagerfieldin sevimli modelinə çevrilir. Caroline Chanel, Dior, Louis Vuitton, Balenciaga, Marc Jacobs, Hermès, Jil Sander, Lanvin,Valentino, Dries Van Noten, Alexander McQueen, Hussein Chalayan kimi markaların modeli olan Caroline bir daha sübut etdi ki ,yaş və assimmetrik üz cizgiləri heç də sizin yolunuzu kəsə bilməz.

Əsasən ,bir fransız qadını olaraq (öz kitabında da yazdığı kimi ) ,”qarderobda 3 elementin vacib olduğunu bildirir.Ağ bluz ,cins şalvar və çox gözəl maskulin ayaqqabı.”

Onun geyimlərinə  baxsaz, bir fransız qadının necə geyindiyini anlayacaqsız.Əsasən oversized pencəklər ,maskulin şalvar və ayaqqabılar ,dəri və cins geyinərək xeylı şarmlı görsənir.Saçları həmişə dağınıq ,canlı və çox sadə makiyajlı olan bu qadın, artıq küçə dəbinin izləyicilərinin  sevimlisidir.