Alış-verişdə nələr var ?

Hey  şopoqoliklər 🙂

Artıq mağazalarda yeni sezon malları öz yerini alıb.Bəs siz  necə ,yaz-yay sezonuna  hazırsız?

Qarderobunuza bu il hansı trendləri , haradan ala biləcəyinizi not etməyi unutmayın.Bu həftə mağazaları gəzdik.Yüksək brendlərin dəfilələrini zatən sizlərə göstəririk,indi əsasən ticarət mərkəzlərini gəzdik ,orta demokratik markalarda yeni kolleksiyaları izlədik.

Bu il mağazaları (demək olar hər mağazada) Bomber gödəkçələr ,Trench (plaşlar) ,saçaqlı kardiqanlar ,cins gödəkçələr ,zamşa materiallı gödəkçələr ,çiçək printli don və dəstlər ,zolaqlı geyimlər,toxunma donlar , sviterlər ,eləcə də sport ayaqqabılar(ağ sneakerslər ) ,zamşa materiallı ayaqqabılar,bel çantaları bəzəyib.Çox dəbə düşən Bomberlər əsasən pastel tonlarda ,ağ ,qara ,xaki ,çiçək printlidir.Plaşlar isə qəhvəyi ,bej və xaki rəngin çalarlarındadır.

Sizə bir neçə mağazadan seçimlər etdik.Bu geyimləri ala biləcəyiniz orta brendlərə baxaq :

Zara

Əsasən çiyinləri düşük formalı bluzlar ,cins ətək və gödəkçələr ,plisse ətəklər ,kilot trapetsa şalvarlar ,maxı donlar ,çiçək printli donlar ,bomber jacket ,uzun və midi trench plaşlar ,sabo və sport ayaqqabılar  ala bilərsiz.

Mango

Əsasın maraqlı donlar var bu ilki kolleksiyada ,xüsusən gecə geyimini xatırladan krujivalı atlas donları burda tapa biləcəksiz.

Bershka

Bershkada Cins  gödəkçə ,plaş ,cins kombinezon şort,bomber və toxunma donlar tapa bilərsiz.

Pull &Bear

Eynilə oversized cins gödəkçə və bomber ,blazerlər ,çiçək printli şalvarlar ,saçaqlı zamşa kimono ,sviterlər seçə bilərsiz.

Stradivarius

Burada pastel tonlar hökm sürür,eynilə ağ və dənizçi zolaqları ilə olan geyimlər çoxdur.Cinslər ,zamşa və s. bu il  kolleksiyalarında var. Xüsusən burdakı Bomber gödəkçələrin pastel tonlarda rəng seçimi var.