Bomber ehtirası…

Lesli İrvinq Dünya Müharibəsi zamanı yaratdığı Bomberlərin nə zamansa qadınlar tərəfindən belə seviləcəyini və trend olacağını bilsəydi…Artıq neçə ildir bu adı tez- tez eşidirik, Bomber gödəkçələr modabazların vazgeçilməzi olubdur.İlk yaranan bomberdən (soyuğa davamlı olması üçün dəridən yaranmışdı)fərqli olaraq ,müxtəlif rəng və materiallarda istehsal edilir.Bəs onları necə uğurlu kombin edək?

1 ) Bomberlər son zamanlar oversized formada istehsal edilir(son trendlərə uyğun olaraq) .Siz də sadə donlarla (boyu bomberdən ya qısa ,ya da bir az uzun olan ) geyinərək həm cazibədar ,həm casual obraz yarada bilərsiz.

2) Cins şalvar hər kəsin geyinə biləcəyi geyim elementidir.Eləcə də dəri tight  ,üzərində yırtıqları olan  şalvarlar ilə obraz yaradın.Burada çalışın ayaqqabı seçiminə diqqət edəsiz.Sport ayaqqabı və ya maskulin ayaqqabı seçin.Kobud çəkmə də maraqlı görsənəcək.

3)Üzərində yazı , şəkillər,etiketlər olan ,müxtəlif rəngləri özündə birləşdirən forması da bomberlərin  bir növüdür.Bunun yaxşı tərəfi odur ki ,üzərindəki rəng seçimi çox olduğu üçün ,bir çox geyimlərnən obraz yaratmaq asan olacaq.Rəngarəng Look yaradın!

4) Bomberlər əslində qalın materialdan olmalıdır,lakin dizaynerlər  onları o qədər dəyişdirib ki ,seçim etməkdə artıq çətinlik çəkirlər xanımlar 🙂Sizi daha “girlish ” daha asi bir gənc xanım ,və ya qadınsı göstərə biləcək növü isə sürüşkən ,nazik materiallardan olanıdır.Əgər belə obraz yaratmaq istəyirsizsə ,əsasən ipəkdən olanlarını seçin.

5) Bomberlər kişi qarderobundan bizə keçsə də ,qəribədir ki , şalvardan daha çox ətəklər ilə maraqlı və gözəl görsənir.