Kombinezonlar ilə trenddə qal!

Bir çox dizaynerlərin elə cə də ,Christian Dior, Céline, Ralph Lauren, Sonia Rykiel kimi dizaynerlərin kolleksiyalarında tez tez kombinezonlar görürük.Müxtəlif parça fakturalarında ,rənglərdə görə bilərik.Əslində həmişə daha çox cins kombinezonlara rast gəlirik və onlara öyrəşmişik,lakin hətta ipəkdən belə kombinezonlar var.Onları gecə hansısa açılışa ,dəvətə geyinə bilərik.

Qarşıdan yaz -yay gəlir .Kombinezonları qarderobunuza bu il də əlavə edə bilərsiz.Bəs onları necə geyinək?

1) Köynəklər

Kombinezonlar, xüsusən cins köynəklərlə (ağ, klassik könək belə olar) çox gözəl uyğunlaşır.Belə ki ,gündəli qeyri- rəsmi bir görüşə geyinə bilərsiz.Hündür daban və ya sport ayaqqabı uyumludur.

2) Crop toplar

Son illərdə xanımların sevimlisi beldən kəsik bluzlar kombinezonlarla maraqlı görəsnir.Havalara aldanmamaq üçün üzərindən bomber və ya dəri gödəkçə götürməyi unutmayın.

3) Zolaqlar

Daha çox fransız  abu havası yaradan  dənizçi zolaqları ilıə də bu il geyinərək trenddə ola bilərsiz.

4) Qadınsı bluzlar

Şifon ,güpür ,krujevalı köynəklər ilə kombinezonları geyinmək olar.

5)Aksesuarlar

Geyiminizi fərqli etmək üçün aksesuarlardan istifadə edin ,xüsusən papaqlardan …Çalışın fərqli ayaqqabılar geyinərək obrazınıza maraq qatın.