Qarderobda İspan havası …

Xanımların sevimlisi ,son zamanlar isə trendlərdə çox gördüyümüz :”Flared Trousers” – “İspan balaqları” dizdən trapets kəsimli şalvarları bu il də geyinə bilərsiz.

Ümumiyyətlə,bu şalvarlar əslində qarderobun vizual sirlərindən biridir.

1) Əgər ayağınız nazikdirsə ,bu yaxşı gizlədici ola bilər.

2) Əgər sizin boyunuz qısadırsa, belə şalvarlar vizual uzadıcı rolunu oynaya bilər.

Qeyd : Baxmayaraq ,son trenddə qısa kəsilmiş ispan balaqlar dəbdədir,çalışın uzunluğu ayaqqabı hündürlüyündə olsun yəni ya tam örtsün ,ya da yarısını.Tökülən ,enli ,oversized jaketlər ilə dənəyin

Bu il kombinezonlar da dəbdədir,ispan balaqlı kombinezon seçin.Bu şalvarlar ilə şıklıq və gündəlik sərhəddini tuta biləcəksiz.

Qeyd etdiyimiz kimi qısa balaqlar trenddir.Düzdü bu boyunuzu kəsəcək ,amma kiçik boy xanımlar da geyinirlər.Küçə dəbinə baxa bilərsiz.

Pastel tonların əsl vaxtıdır.Üst geyimləriniz tünd rəngdədirsə ,obrazınızı romantik edir.

Ofis üçün çox xanımlar bu şalvarları seçirlər.Sizi daha şık ,ciddi obraza  salacaq

Əlbəttə ,yay gəlir t shirt və maykalar ilə sadə ,lakin hər kəsin sizə döndürəcək Look yaradın 🙂