Crop Top ilə 10 yaş cavanlaş…

30 yaş üstü xanımlar  crop top geyinə bilməz?!

Bu sualı unudun … Crop Toplar heç də yeniyetmə və daha gənc xanımlar üçün nəzərdə tutulmayıb.Əgər siz də öz bədən quruluşunuzu yaxşı tanıyır ,sevir və özünüzə qulluq edirsizsə ,o zaman crop topları geyinməyə risk edin.30 yaş  xanımların ən gözəl çağlarının başlanmasının ilk addımıdır.Bu yaşlarda olan xanımlar artıq nə istədiyini bilən ,özgüvənli olurlar.Crop Top -beldən kəsimi olan bu elementlər, əslində qarın bölgəsində olan problemi göstərmir.əgər siz hündür bel ətək ,şalvar geyinsəz bel nahiyəniz gözəl görsənəcək.Mədə hissəsində artıq çəkisi olmayan ,lakin qarın bölgəsində problemi olan xanımlar belə geyimlərdən heç də vaz keçməsinlər 🙂

Gəlin 3 Obraza baxaq:

1) Bilirsiz ki ,hər bir xanım gözəl bədən hissəsini vurğulamağı bacarmalıdır.Əgər ayaqlarınız gözəldirsə ,o zaman şortlara keçid alaq.Qarın hissəsini örtmək ,lakin crop top ilə cazibəli və eyni zamanda casual obraz yaratmaq istəsəz ,sadəcə altından başqa bluz geyinin.

2)Canlı rənglər…sizi daha gənc  və təravətli göstərəcək əlvan rəngləri color block edin.

3) Bu yaşda olan xanımlara dəri geyimlər xüsusilə yaraşır.Daha cazibədar görüntü əldə edə bilərsiz! Dəri qələm ətək və crop top …əla seçimdir .