Gecəlikdən ,gündəlik obraza keçid….

Yaz gəlir demək yüngül geyimlərə,xüsusən donlara keçirik .Son zamanlar dəbdə olan gecə geyimini xatırladan donlar isə çoxlarının sevimlisinə çevrilib.Bizim ölkədə çox xanım adi gündəlik həyatda geyinməyə  risk etmir,lakin müəyyən elementlərdən istifadə etsəz heç də vulqar görsənməyəcək.Bəs bu donları gündəlik necə geyinək?

1) Ayaqqabılara diqqət: belə donlar güpürlü detallar və ya ipək materialda olduğu üçün çox cazibəli görüntü yaradır.Elə isə yol gedərkən ,özünüzü rahat hiss etmək üçün ayaqqabı seçimi ilə geyimi neytrallaşdırın.Məsələn: loaferlər,oxfordlar ,burnu uzun qısa boğaz çəkmələr ,elə cə də sabolar geyinə bilərsiz.

Qeyd : Əksinə hansısa dəvətə gedəcəksizsə hündürdaban ayaqqabı geyinin .

2) Rəng ,print seçimi: əgər gündəlik geyinəcəksizsə ,çalışın adı donlara bənzərcəsinə seçim edin.Sarı və ya çəhrayı rəngli belə bir don heç də gecə geyimi kimi obraz yaratmayacaq.

3) Sviter və kardiqan : ən gözəl neytrallaşdırmanın yollarından biri də belə incə donun üzərindən kobud toxumalı kardiqan geyinməkdir.Gündəlik tərz üçün idealdır.

4) Üst geyiminə diqqət: bu donlar cins gödəkçələr ilə çox uyumludur.Sport və kobud bir element bu donla birləşəndə gündəlik obraza çevrilir.