Qarderobda “Must Have “…

Bu il 70-lər bizə çox elementi qaytardı.Onlardan biri də valanlar ,qırçınlardır.Bu haqda trendlə bağlı məqalələrimizdə çox yazmışdıq.Yəni bu ilin son trendlərindən biri də məhz üzərində qırçın ,valan olan geyimlərdir.Belə ki ,qarderobunuza bu elementi almağı unutmayın.Xüsusən düşük çiyinli bluzlar ,tək çiyinli bluzlar bu il önə çıxdı.Məhz belə bluzların valanlı qolları çox maraqlıdır.Qarderobda olmazsa olmaz valanları geyinərkən isə  2 məqamı unutmayın.

1) Əgər artıq çəkilisizsə ,bədəninizin problemli hissələri varsa, o hissədə valan geyinmək sizi daha da artıq kilolu göstərəcəkdir.

2) Valanlar onsuzda nəzərə çarpan elementdir.Çalışın digər hissələri sadə seçin.