Oxfordan dəvət alan moda blogeri ….

23 yaşlı dəb  bloggeri və Oxford kimi təhsil ocağı…Onları birləşdirən isə bu gənc qızın tez bir zamanda məşhurlaşan blogu Kayture və onun biznes hekayəsi olub. Kristina Minskdə doğulsa da uşaqlıqdan İsveçrədə yaşayıb .Təhsilini yarı qoyan Bazan öz arzılarının dalınca gedərək öz  bloqunu yaradır və çox sürətlə məşhurlaşır.Onun dostu ,hətta 3 il boyunca sevgilisi olan fotoqraf  James Chardon  ilə iş birlikləri onlara xeyli uğur gətirir və böyük bir komanda ilə işləyərək biznes qururlar. Əsasən Luxury -Dəbdəbəli bir blog yürüdən Kristina  2014 -cü ildə ilin blogeri adına layıq görülüb. Bir çox məşhur brendlərlə iş birliyi olan Bazan müsahibələrində,  gələcəkdə blogdan tamamilə fərqli bir sahədə də çalışa biləcəyini də qeyd etmişdir.