Ləzzətli məxmər…

Artıq məxmər materialının trend olması hər kəsə məlumdur.Bugün ” Necə Geyinim ” bölümündə : bəs 2017 -ci ildə bu materialdan olan elementləri necə geyinək ki ,daha tərzli görsənək ? sualına cavab verməyə çalışacağıq.

Ümumiyyətlə ,məxmər özü çox nəzərə çarpan bir parçadır.Onun müxtəlif qalınlıq və parlaqlıqda olan növləri var.Hətta sadə bir məxmər don sizi çox şarmlı göstərə bilər.Lakin ,sadəliklə ayaqlaşmayan bir çox dizaynerlər ,bu il məxmər materialı üzərində  çox maraqlı geyim elementləri də göstərdilər. Bu il ,xüsusən yaşıl ,bordo və xardal rəngli məxmər geyimlər önə çıxdı. Geyim formalarından isə əsasən dəst kostyumlar çox trend olacaq.

Siz istər sadə detallar ilə gözə çarpan yaşıl dəst ,istərsə də parlaq papaq ,çanta və s ilə belə dəsti geyinə bilərsiz.2016 -2017 ci ilin küçə dəbi isə bunun heç də pis alınmayacağından xəbər verdi.

Eləcə də belə dəstləri sadə köynəklər ilə iş həyatınızda da istifadə edə bilərsiniz.

Məxmər materialını dəri ilə geyinərək uyum yarada bilərsiz. Eyni ilə ,kürk ilə məxmər gözəl görsənir.

Məxmər kostyum ,don ,şalvar ,ətək hətta aksesaur (ayaqqabı ,çanta ) -istənilən bir geyim hissəsini alaraq ,qarderobunuza trend havasını gətirə bilərsiz.Çünki bu il hər biri dəbdədir.

Bantlar ,saçaqlar ,maraqlı çorablar  və s kimi detallar ilə də məxmər əla uyum yaradır.