Modabaz gəlin ol…

Geyim və aksesuar trendlərindən bəhs edərkən , gəlinlikləri də unutmamaq lazımdır.Hər bir xanımın xəyal etdiyi gəlinlik libası olsa da ,hər il gəlinlik trendldəri də dəyişir. 2017 -ci ildə ailə həyatı quracaq xanımlar üçün bu ilin əsas gəlinlik trendlərini seçdik.

Bu il enli ,dolğun, saça kip oturan saç aksesuarları dəbdədir. Daş -qaşdan çox çiçəyi ,naxışı xatırladan saç aksesuarlarından istifadə edə bilərsiz.

Gəlinliklərin üzərindən fiqaro və ya bomber tipli gödəkçə geyinmək trend olacaq.Daha bir trend isə kombinezon tipli gəlinliklərdir.

Ayrı ayrı top və ətək geyinmək də sizin özəl gününüzü fərqli edə bilər.

Tüklər və saçaqlar dəbdədir.

Əlbəttə ki ,çiçəklər.Bu il çox trend olacaq. Gəlinliyin üzərinə çiçək printləri əlavə edə bilərsiz.

Bu il  gündəlik geyimlərdə olduğu kimi ,gəlinliklərdə də off shoulders düşük çiyinlər trenddir.

Rəngarəng geyin və fərqli ol !

Bəyaz gəlinlik şablonu artıq neçə illərdir öz gücünü itirib. Bu il hətta ən çox çəhrayı rəngin çalarları çox trend olacaq.

Valanlar necə ki , gündəlik geyimlərdə trend oldu,eləcə də gəlinliklərdə dəbdədir.

Orta əsrləri xatırladan gəlinliklər bu il çox dəbdədir. Xüsusən ,şux yaxalıqlar…

Baxmayaraq ki , bağlı və hündür yaxalıq dəbdədir ,eynilə dərin ürəkvarı yaxa dekoltesi də trenddir.

Ətəyi bol qatlı gəlinliklər bu il trenddir.Şəhzadələrə bənzəmək xəyalınız həm də dədədir.

Çox gəlinin əsas istəyi örpəkdir. Uzun örpək daha çox trend olacaq.