Məxməri toxunuş

2016-da sıxlıqla qarşılaşdığımız,2017 qış modasında da bütün gözəlliyi  ilə qarşımıza çıxacaq olan məxmər parçalar.

Qış deyildiyində ağla ilk gələn parça növlərindən biri də məxmərdir. Qalın və yumşaq olması sayəsində soyuq havada içimizi isidərkən, rənglərinin işıltısı sayəsində də zərif stillər yaratmağımızda böyük rol oynayır.

Nostaljik, modası heç keçməyən və hərkəsin evində tapılan parçadır əslində məxmər. Sadəcə bəzən özünü küçədən uzaqlaşdırır, dolablarda gözlədilir.  Yəni, hər an trend listində yer almağa ve sıralamada həmişə ilk olmağa hazırdır.

Bu sezon da məxmər parça yüksəldikcə yüksələcək kimi görsənir. Üstəlik bu yüksəlmə sadəcə detallarla da bitmir.

İndi biraz göstərişin, parlaq bir stilin ve məxmər kombinlərin vaxtı başlayır! Hazırsınız?

Zəhra Həsənli