Daha dəbdə deyilsən !

Daha dəbdə deyilsən !

Hey Modabazlar bu gün sizə dəbdən kənarlaşan bir neçə trenddən danışacağıq.

Artıq 2017 ci il moda aləmində bir çox trendlər OUT -yəni modadan kənarlaşmağa hazırlaşır.Hazırsız? elə isə başlayaq.

 

OUT

Qalın qaşlar – nəhayət ki ,dəbdən düşmüş trendlər arasında qalın qaşlar var.Artıq bir çoxlarımızın təbii, sevimli qaş halına gətirmək istədiyimiz qalın qaşlar dəbli sayılmır.

 

 

OUT

İnanılmazdır ,amma bu baş verir.Oversized üst geyimləri ,xüsusən paltolara aiddir bu xəbər.Bəli ,bu ilin qışı oversized paltoları modadan uzaqlaşdırır.

Tüklü ayaqqabılar? bəli bu il də çox trend oldu amma 2017 onlara yox deyəcək 🙂

Bədənə kip oturan cinslər də bu dəfə dəbdən düşür .

Bir çoxlarımızın istifadə etdiyi trendlərdən və hətta bəzən can rahatlığı olan elementlərdən biri də bu dəfə dəbdən düşdü.Köynəklərin yaxasının üzərindən tazılan boyunbaqlara 2017 əlvida deyəcək.