Moda beyinlərdə “error ” yaradır?

2017 ci il dəfilələri bir çox maraqlı şokedici trendlərdən xəbər verir.Artıq  dəb aləmi beyinlərimizdə “bu nə trenddir!”kimi təhlükəli ifadələri yaratmağa başlayıb.

Çanta əvəzləyicisi telefon qutuları olacaq? maraqlıdır o zaman sevimli kosmetika,portmanat və digər əşyalarımızı hara yerləşdirəcəyik :)Bəli bu ilin podiumu maraqlı bir trenddən xəbər verdi.Bu telefon qablarının küçə dəbində çanta kimi götürülməsi gözlənilir .

Digər bir trend isə rezin krokslar olacaq.Bu tərlikləri,xüsusən bəyaz rəngini çox vaxt xəstəxanada görmək olar 🙂 eləcə də dəniz üçün nəzərdə tutulur çox vaxt.Rahatlığına çox rahatdır ,lakin geyimlərimizə nə qatacaq demək çətindir.Christopher Kane 2017 ci il yaz-yay kolleksiyasında bu kroksları daşlı qaşlı bəzəyib bizə nümayiş etdirdi. Artıq bu trendi sevəkmi ,ya yox ona zövqlər cavab verəcək.

Yeni trendi qarşılayın Krokslar