Baza qarderobunuzu yaradın

Baza qarderobunuzu yaradın

Daima seçilmək istəyən xanımlar üçün öz qarderobunu yaratmaq vacibdir.Bəzi zamanlarda bu heç də asan olmur. Qarşıya belə bir sual çıxır: “Dəbli insanların qarderobunda nələr olmalıdır? ” Bu suallara cavab tapmaq üçün bəzi ipuclarına baxaq:

-Stil sahibi olan xanımların qarderobunda ağ köynək, klassik qara şalvar, qələm ətək və  miniatür qara donun olması vacibdir.

-Daha sərbəst və rahat geyimlər- cins şalvarlar, sadə və ya printli t-shirtlər,sviterlər ilə rahatlıqdan əlavə gözəl bir görüntü də yaratmaq mümkündür. Üst geyimində isə dəri gödəkçələr ideal seçimdir.

-Aksesuarlar geyimi tamamlayan ən gözəl vasitədir. Günəş eynəkləri, mirvarilər, klaç çantalar hər xanımın qarderobunun bəzəyidir. Klaçları hər hansı bir dəvətə və ya gündəlik bir geyimlə götürmək olar. Təbii ki, gündəlik üçün böyük çantalar daha əlverişlidir. Təyyarəçi tərzində günəş eynəkləri dəbli xanımların vazgeçilməz aksesuarıdır. İpək fularlar və mirvarilər zərif stil sahibi xanımların ən gözəl seçimləri arasındadır.

Sona Hüseynova