Qışla daha dəbli…

Hamı istəyir ki, geyim onu gözəl göstərməklə yanaşı həm də qışın şaxtasından, yağışından qorusun.Əgər qışda dəbli görünməyin çətin olduğunu düşünürsünüzsə, bu post sizin üçündür.

Qış,obrazı dəyişdirmək və mövcud imicinizə yeni rənglər qatmaq üçün əlverişlidir. Uğurlu insanlar üçün həm dəbli geyinmək, həm də sağlamlıqlarının qayğısına qalmaq önəmlidir.Boğazı xəzli gödəkçələr, “oversized”palto, rəngli xəz ilə siz qış obrazınıza yeni ab-hava qata bilərsiniz.

Papaqlar və şərflər qış qarderobunun ayrılmaz hissəsidir.Zidd rənglərdən istifadə edərək həm dəbli görünəcək, həm də soyuqdan qorunmuş olunacaqsınız.Sadə, tünd şüşəli eynəklər qarlı havalar üçün ideal seçimdir.

Fəsillə həmahəng atmosfer yaratmaq istəyirsinizsə, buz mavisi,boz,pudra rəngi üst geyimləri və çantalar obrazınızı tamamlayacaqdı.

Sona Hüseynova