Tomboy Stili nədir?

İllər keçir, zamanla moda dəyişir. Yeni tərzlər yaranır və tendensiyalarla bu stillər  inkişaf  edir.

Katherina Hepburn, Marlene Dietrich,Jean Seberg kimi aktrisaların rahat geyim parçalarını cəsurca öz stillərində istifadə etməyə başlamaları , tomboy tərzinin yaranmasına səbəb olmuşdur.Qısa kəsilmiş saçlar, enli şalvarlar,köynək və pencəkləri artıq xanımlarda tez-tez görməyə başlamışıq.Kişi qarderobundan götürülmüş giyimlərlə özünəməxsus tomboy stilinizi yarada bilərsiniz.

Müasir dövrdə  zolaqlı bir kostyum ilə altına sport ayaqqabı geyinərək və ya sport bir kombin edib altına gündəlik bir stiletto geyinərək bu stili yaratmaq olar.Eyni rəng və ya printli olan kostyumlar bu trendi sevənlərin əsas seçimlərindən biridir. Oversized paltolar Tomboy stilinin əsas parçalarındandır.Tomboy stilinə uyğun olaraq, Oxford, Slipper, Loafer və mokasin kimi ayaqqabıları,clutch çantaları istifadə etmək olar. Geniş sviterlər və geniş rock t-shirtlər tomboy stilinin olmazsa olmazlarındandır.

İstənilən yaş qrupundan xanımlar bu stilə müraciət edə bilər.Məşhurlar arasında Cara Delevingne, Ellen Page ve Ellen Degeneres kimi adlar bu stili istifadə edənlər arasındadır.

Həm cazibədar, həm də rahat görünmək artıq çətin deyil… Tomboy tərzini ortaya çıxararaq gözəl görünə bilərsiniz…

Zəhra Həsənli