Hicablı blogger Ascia Farraj

1989– cu ildə Küveytdə anadan olmuşdur. Yarı küveyt, yarı amerikan əsilli olan bu xanım öz tərzi ilə milyonların ürəyinə yol tapmağı bacarmışdır.O, hicabla modanı birləşdirən ilk bloggerlərdəndir. Ascia öz bloqunda hicabla necə dəbli olmağı öyrədir.  Moda ilə ayaqlaşan bu xanım hicabı demək olar ki , bütün yeni çıxan , trenddə olan geyimlərlə sintez edir. Farraj həmçinin hicab bağlama üsulları ilə də eksprimentlər edir. Obrazlarında ən çox dizaynerlərin əl işlərinə üstünlük verir. Öz izləyicilərinə geyimlərində daha cəsarətli olmağı tövsiyə edən Ascia belə deyir: “Düşünməyin ki , hicab dəbli ola bilməz! .Bəli , mən hicabı fərqli tərzdə bağlayıram. Amma bu mənim seçimimdir.”

2011 ci ildə Əhməd adlı bir gənclə evlənir. Cütlüyün bir oğlu var. Küveytdə yaşayan Asciya oğlunun tərbiyəsi ilə məşğuldur.Eyni zamanda o, ailə bloqunu və youtubeda kanal idarə edir. Yoldaşı Əhməd isə arxitektordur.

Stilinə gəlincə isə qarışıq tərzdə geyinir və rənglərdən cəsarətlə istifadə edir. Ascia üçün hündürdaban ayaqqabılar,həcmli boyunbağılar və günəş eynəkləri vazgeçilməzdir.

Sevil Sayılova