Natali Portmanın hamilə stili…

Xanımlar  hamiləlik dövründə “Necə geyinim?” haqqında çox düşünürlər.Bəzən “Necə edim ki, hamilə olduğum bilinməsin?” sualını verənlər də olur. Hətta son aylarında belə !

Bu gün sizə bu yaxınlarda ana olmuş Hollywood ulduzu Natalie Portmanın hamiləlik tərzi haqqında danışacağam.

Natalie Oskar mükafatı almış çox istedadlı  aktrisa və ssenaristdir. O, həm gündəlik həyatında, həm də qırmızı xalıda nə geyinəcəyini yaxşı bilən ulduzlardan biridir. Ziyafət geyimlərini eleqant stildə seçir. Uzun, yerədək olan şık əlbisələrinin  sinədən V kəsimi  və qarın hissəsində büzmə detalı uğurlu variantdır.

Portman,istədiyi vaxt hamiləliyini məharətlə gizləyə bilirdi.Məsələn, bu gözəl donu seçərək. Asimmetrik kəsim və düzgün seçilmiş rənglər bu işin öhdəsindən asanlıqla gəlir. Obrazını babet ayaqqabı və orta boy çanta ilə tamamlamışdır.

Bəzən də hamiləliyini bu eleqant qara qələm ətək donla vurğulayırdı.

Seçdiyi bu önü boş ağ libası da möhtəşəm seçimdir.

Natalie hamiləlik dövründə də sevdiyi qısa ətək donlarından  imtina etmirdi.

Gündəlik həyatında  casual tərzinə üstünlük verirdi: dar şalvarlar, cinslər, idman ayaqqabıları, uzun kardiqanlar, cizgili və ya printli köynəklər .Buna baxmayaraq ,heç də sıxıcı görünmürdü.

Sevil Sayılova