Danışan t-shirtlər…

Küçə dəbində  və podiumlarda tez-tez gördüyümüz printli t-shirtlər istənilən lookla rahatlıqla kombinlənə bildiyi üçün qarderobumuzun vazgeçilməz parçasına çevrilib. Əsasən, gənclərin geyindiyi printli t-shirtləri gündüz və gecəyə uyğun şəkildə kombin etmək olar.Bu t-shirtləri biz daha asi və grunge kombində geyinə biləcəyimiz kimi, hər hansı bir şık geyiminlə də geyinərək fərqli stil yaradarıq.

Bu t-shirtlər, dəri,cins,tül geyinməyinizdən asılı olmayaraq cəsarətli obraz yaradır.

Printli t-shirtləri daha iddialı hala gətirmək istəyiriksə, yüksək daban ayaqqabılarla,  sport stili yaratmaq istəyiriksə botla tamamlamaq olar.

Sona Hüseynova