Gələcəkdən gələn gəlin…

Futuristik tərz günümüzdə təkcə ədəbiyyatda, incəsənətdə , memarlıqda deyil, həmçinin dəbdə də geniş istifadə olunur. Bir çox  dizaynerlər öz kolleksiyasında bu tərzdə geyimlərə  yer vermişdir. Bu stil, digərlərindən asanlıqla fərqlənir. Geometrik kəsim, metallik rənglər, onu tamamlayan parıltılı aksesuarlar , uyğun makiyaj və saç düzümü…

Bəzi modabazlar bu tərzi qəbul etmir, bəziləri isə “ Bu tam mənə görə bir tərzdir!” deyir.Bu insanlar adətən qeyri – adiliyi , göz önündə olmağı , fərqlənməyi sevən modabazlardır.Əgər siz də belə düşünənlərdənsinizsə, o zaman bu məqalə tam yerinə düşəcək.

Aramızda yəqin ki, müasir, qeyri-adi, heç kimin etmədiyi bir toy arzusunda olanlar az deyil.Elə isə bir az cəsarətli olun və futuristik tərzdə gəlinlik seçərək illərlə danışılacaq gəlinə çevrilin.

Futuristik gəlin olmaq üçün bəzi şeylərə diqqət yetirək.  Bu obraz üçün metal parıltılı , gümüşü , açıq boz, açıq mavi  tonlarına üstünlük verin. Əlbisənin forması sizin fantaziyanızdan asılıdır. Bu asimmetrik kəsimli, dizdən , önü qısa, arxası uzun və ya dar , bədənə oturan yerədək olan bir gəlinlik ola bilər. Bu zaman atlas və parıltılı parça lap yerinə düşəcək.

Makiyajda metal rənglərə üstünlük verin. Gümüşü və ya qızılı göz kölgəsi və açıq, natural dodaq boyası ilə üzünüzü rəngləndirin. Dırnaq boyasında makiyaja və ümumi obraza uyğun gümüşü, strazlı , metal çalarlı və ya açıq mavi rənglərdən istifadə edin. Və ya daha cəsarətli parıltılı qara dırnaq boyası seçin.

Saçlarınızı sadə , geriyə doğru daranıb laklanmış yığa bilərsiniz. Və ya ekstravaqant bir saç düzümü edin.

Bu qeyri – adi hörüklər ola bilər. Saçınızı futuristik tərzdə aksesuarlarla bəzəyin. Və heç bir fataya ehtiyac yoxdur !

Ayaqqabı olaraq yenə də obraza uyğun modellər secin. Əsas odur ki, obrazdan yayınmayasız.

Bəzək əşyalarına gəldikdə isə qeyri – adi , metal əşyalar istifadə edin . Bunlar metal üzük, zərif amma bir o qədər də müasir boyunbağı və qolbağ ola bilər.

Sevil Sayılova