Kate Middleton Stili

2011-ci ildə şahzadə William  ilə evlənən Kate Middleton öz zərif tərzi ilə həmişə göz önündədir.Kate Middleton tərzi dedikdə ağla gələn bir neçə parça var.Bunlardan əsasları don və ətəklərdir. Gündüz qatıldığı yerlərdə belə oturan və dizdə qurtaran donları seçən Middleton, həm pastel, həm də parlaq rəngləri tez-tez istifadə edir.

Gecə dəvətlərində isə adətən yerlərə qədər uzanan açıq rəngli donlara üstünlük verir.

Şahzadə üçün gupur vazgeçilməz detaldır.

Kate Middleton tərzinin ən önəmli parçalarından biri də müxtəlif rəng və modeldə paltolardır.Qarderobunda qırmızı kimi parlaq rənglərə, açıq maviyə, qəhvəyi və qara kimi tünd rənglərə yer verir.

Geyimlərini fərqli şlyapalar ilə tamamlayır.Balaca şlyapalar onun görünüşünə əlavə şarm qatır.

Stella McCartney, Prada, Balmain, Max Mara kimi məşhur  markaların və dizaynerlərin geyimlərini geyinən Kate Middleton, ən çox Jenny Packham ve Alexander McQueen-ə müraciət edir.

Zəhra Həsənli