Ofisdə necə geyinməli…

Geyim insanın statusunu bildirir, onun cəmiyyətin hansı təbəqəsinə məxsus olduğunu göstərir.Ofisdə işgüzar dress-koda riayət edilməsi işçilərə mənəvi və korporativ dəyərlərin aşılanmasının ən düzgün yoludur.Ofisdə necə geyinmək lazımdır, qısaca izah edək.

-Dizaltı ətək və klassik şalvar işgüzar mühit üçün mükəmməl seçimdir. Üst geyimi olaraq sadə köynəklər,uzunboğaz sviterlər geyinə bilərsiniz.

-Ofis dress-kodunda rəng əsas faktordur. Qara, ağ, krem, tüng göy  kimi rənglərə üstünlük verilməlidir.Əgər cəsarətli birisinizsə,qırmızı,narıncı,çəhrayı kimi canlı rənglərdən də istifadə edə bilərsiniz.

-Ayaqqabı seçimi çox vacib ünsürdür. Elə ayaqqabı seçilməlidir ki, həm rahat, həm də ofisə uyğun olsun .Stiletto və babetlər sadə obrazınızı tamamlayacaqdır.

-Müasir qadın kostyumlarında kişilərdəki kimi ciddilik tələb olunmur. Pencəyin uzunluğu beldən 5 sm aşağı və dizdən 5 sm yuxarıya qədər ola bilər. Əsas odur ki, bədən quruluşunuzun xüsusiyyətlərini nəzərə alasınız.

-Aksesuar olaraq saat,kiçik sırğa və ya sadə, parlaq olmayan üzük seçilə bilər.

Ümumilikdə ofis dress kodu müştərilər üçün xoş təəssürat yaratmalı, ən əsası da diqqəti yayındırmamalıdır.

Sona Hüseynova