Yad planetli qadın!

Tilda Swinton dedikdə, ağla gələn ilk fikir onun mükəmməl aktrisalığı və xarizmasıdır. Yaşını heç göstərməyən bu xanım tərzi ilə də daim seçilir. Gündüz qatıldığı yerlərdə, dizə qədər ətək, köynək və maskulin tərzdə kostyumlar seçir.Qarderobunda həm pastel, həm də parlaq rənglərə yer verir.

Gecə dəvətlərində isə əsasən yerlərə qədər uzanan,klassik və cəsarətli donlar geyinir.

Tilda, gündəlik geyim üçün  dəstlərə daha çox üstünlük verir. Müxtəlif printli və formalı kostyumlardan istifadə etməklə  fərqli obrazlar yaradır.

Loafer və oxford ayaqqabılar Swinton qarderobunun əsas detalıdır.Aksesuar seçimində isə minimalist davranır.Makiyajda qırmızı və ya tünd dodaq boyaları ilə maraqlı üz cizgilərini vurğulayır.Ümumiyyətlə ,bu möhtəşəm aktrisa öz cəsur stili ilə daim seçilir.

Zəhra Həsənli.